Ferhad Xelif - Yar
Ferhad Xelif - Yar
Özün getdin intizarın qaldı yar,
Bəs nə deyim məni sənsiz görəndə.
Çətin sənin yerini kimsə doldurar,
Mənimlə idin ağlayanda güləndə.
Arzularım vurur göydə ləngər,
Göz yaşımda axır mənim saxlamaq olmur.
Darıxmağım məni gətirdi təngə,
Çox heyifki şəkilləri qucaqlamaq olmur.
Geri dönərsən günlərin birində,
Bu sevgi qalacaq əbədi yaralı qəlbimdə
Daxilində lap dərində
Əllərinin istisi, qalıbdır əllərimdə
Gün keçir zaman qovur zamanı,
Birdə gördün saçlarıma düşdü dən.
Bir ümid ver eyləyimmi gümanı?!
Badamı gözləri görüm mən ölmədən.
Geri dönərsən günlərin birində,
Bu sevgi qalacaq əbədi yaralı qəlbimdə
Daxilində lap dərində
Əllərinin istisi, qalıbdır əllərimdə.
Yorumlar
Yorum Gönder